"Stranger Things" serialının ulduzu Millie Bobby Brown, Jake Bongiovi ilə evləndikdən bir il sonra yeni adını ilk dəfə açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, edilən bu dəyişiklik, olduqca təəccüblə qarşılanıb və aktrisanın açıqlaması gündəm olub. Bir proqramda qonaq olan Brown, müsahibə zamanı adı ilə bağlı gülməli bir an yaşadı. Eyni zamanda onun qızı ilə vaftiz atası olan rol yoldaşı Noah Schnapp, Brown’ın tam adını tapmağa çalışdı.