Yaponiyadan süni intellekt sahəsinə dair diqqətəlayiq bir müəllif hüquqları pozuntusu iddiası gündəmə gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tokio mərkəzli bir xəbər agentliyi, məşhur süni intellekt dəstəyi ilə çalışan axtarış motorunu öz xəbər məzmunlarını icazəsiz istifadə edərək səhv məlumatlar yaratmaqda ittiham edib. Xəbərləri icazəsiz istifadə etdi, təzminat davası ilə qarşı-qarşıya qaldı. Dünyaya bir kliklə kömək edən süni intellekt, Yaponiya ilə məhkəməyə çıxıb. Tokio mərkəzli Kyodo News Agentliyi, məşhur süni intellekt dəstəyi ilə çalışan axtarış motoru Perplexity AI-ı, öz xəbər məzmunlarını icazəsiz istifadə edərək səhv məlumatlar yaratmaqda ittiham edib.
Agentlik, bu məsələyə dair süni intellekt şirkətinə məktub göndərdi. Məktubda firmanın internet səhifəsindəki xəbərlərin süni intellekt tərəfindən icazəsiz istifadə edildiyi və bu məzmunlarla istifadəçi cavabları yaradıldığı iddia olundu. Qeydlərə görə, süni intellekt, 2024-cü ilin avqust ayından etibarən söz mövzusu sayta yüz minlərlə dəfə giriş etmişdi, agentlik isə bunun açıq bir müəllif hüquqları pozuntusu olduğunu vurğuladı.
Agentlik, süni intellekt robotunun Kyodo News-u mənbə olaraq göstərərkən səhv məlumatlarla məzmunlar yaratdığını və beləliklə qurumun etibarlılığına və marka dəyərinə zərər verdiyini də iddia etdi. Pozuntu aşkar edildikdən sonra, agentlik süni intellekt robotunun dərhal buna son verməsini tələb etdi, təzminat tələbini irəli sürdü. Tələblərinin yerinə yetirilməməsi halında isə hüquqi proses başlatmaqla hədələdilər.
Bu, Yaponiyada ilk süni intellekt davası deyil. Əvvəlki dövrlərdə də Yaponiyanın mərkəzli "Nikkei" və "Asahi Shimbun" qəzetləri, müəllif hüquqları pozuntusu iddiası ilə Perplexity AI-ya təxminən 30 milyon dollar həcmində təzminat davası açdıqlarını bildirmişdilər.