Pakistan və ABŞ birgə antiterror təlimləri keçirir

22:49 - 10 Yanvar 2026

Pakistan və ABŞ birgə antiterror təlimləri keçirir

Pakistan və ABŞ Silahlı Qüvvələrinin bölmələri "Inspired Gambit-2026" adlı birgə antiterror manevrlərinə başlayıblar.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr üzrə idarəsi məlumat yayıb.

Bildirilib ki, iki həftə davam edəcək təlimlər ölkənin şimal-qərbində, Xayber-Paxtunxva vilayətinin Pabbi şəhərində yerləşən Milli Antiterror Mərkəzinin bazasında keçirilir.

Məlumata əsasən, təlimlərin məqsədi iki ölkənin Silahlı Qüvvələrinin bölmələrinin əməliyyat baxımından qarşılıqlı uyğunluğunu gücləndirmək, həmçinin terrorizmlə mübarizə əməliyyatlarının aparılması üzrə təcrübə mübadiləsi etməkdir. Qeyd olunur ki, xüsusi diqqət sıx şəhər mühitində döyüş əməliyyatlarının aparılması bacarıqlarının təkmilləşdirilməsinə yönəldiləcək.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az