Nobel mükafatı laureatı türk alim Prof. Dr. Aziz Sancar və komandası beynin ən aqressiv xərçəng növlərindən biri olan glioblastoma üzərində apardıqları son araşdırmaların nəticələrini ictimaiyyətlə bölüşüb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, siçanlar üzərində aparılan təcrübələrdə şişlərin tamamilə yox edildiyini bildirən Sancar, əldə edilən tapıntıların elmi dünyada geniş bir təsir yaratdığını qeyd edib.
Əldə edilən nəticələrin ümidverici olduğunu vurğulayan Sancar bu işin tam olaraq təsdiqlənməsi üçün ən azı iki ilə ehtiyac olduğunu qeyd edib.