Ötən həftə gizlicə görüşüblər

23:35 - 13 Yanvar 2026

Ötən həftə gizlicə görüşüblər

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoffun ötən həftəsonu İranın mühacirətdəki vəliəhd şahzadəsi Rza Pəhləvi ilə gizli görüş keçirdiyi məlum olub.


Manset.az xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.

Qəzet yazır ki, gu görüş İranda 2025-ci ilin dekabrından başlayan və hazırda ölkəni iflic edən kütləvi etirazlar fonunda Ağ Evlə İran müxalifəti arasında ilk yüksək səviyyəli təmasdır.

Məlumata görə, görüşdə İranda davam edən etirazlar, hazırkı hakimiyyətin süqutu ssenariləri və mümkün “keçid dövrü” məsələləri müzakirə olunub.

Qeyd edək ki, R. Pəhləvi bundan öncə Fox News-a müsahibəsində İrana ən qısa zamanda qayıtmağa hazır olduğunu və keçid prosesinə rəhbərlik etmək üçün təkliflər aldığını bəyan etmişdi.

Xatırladaq ki, İranda dekabrın 28-də milli valyutanın kəskin devalvasiyası fonunda başlayan etirazlar hazırda ölkənin 25 vilayətini və 60-dan çox şəhərini əhatə etməkdədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az