Kanada hökuməti İrandakı vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hökumətin verdiyi məlumata görə, İrana səfər xəbərdarlığı ən yüksək səviyyəyə çatdırılıb.
Məlumatda İranın müxtəlif bölgələrində davam edən etirazlar regional gərginlik və həbslə üzləşmə riski səbəbindən bu ölkəyə səyahət etməkdən çəkinmək lazım olduğu vurğulanıb. Həmçinin, İran’dakı kanadalılara ölkəni tərk etmələri tövsiyə olunub və bu ölkədə məhdud səviyyədə konsulluq xidmətlərinin göstərildiyi qeyd edilib.