Taylandda üzərinə tikinti kranı düşən qatar yoldan çıxaraq aşıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 22 nəfər həyatını itirib, 30-dan çox insan yaralanıb.
Rəsmi mənbələr qatarın yoldan çıxmasından sonra yaranan yanğının söndürüldüyünü və xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.
Qatarda olan sərnişinlərin sayı ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.