ABŞ Prezidenti Donald Tramp ABŞ mətbuatına diqqət çəkən açıqlamalar verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, öz səlahiyyətlərinin Konstitusiya və məhkəmələrdən deyil, yalnız öz əxlaqından məhdudlaşdırıldığını qeyd edən Tramp "Ölüm görməkdən xoşlanmıram" - deyə bildirib.
Tramp "CBS News"ə verdiyi müsahibəsində daha əvvəl "Onu dayandıran tək şeyin öz əxlaqı olduğunu, beynəlxalq hüququn isə buna mane ola bilməyəcəyini" - söylədiyi sözləri xatırladılıb. Bu barədə cavab verən Tramp "Səlahiyyətim Konstitusiya və ya məhkəmələrlə deyil, yalnız öz əxlaqımla məhdudlaşır. Mən əxlaqlı bir insanam. Ölüm görməkdən xoşlanmıram. İnsanlarımızın zərər görməsini istəmirəm. Qarşı tərəfin zərər görməsini də istəmirəm", - deyə əlavə edib.
ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyat nəticəsində "qarşı tərəfdə" insanların öldürülməsindən məmnun olmadığını bildirən Tramp "Bu, mənim əxlaqımla məhdudlaşır və mənim əxlaq anlayışım çox yüksəkdir", - deyə vurğulayıb.