Qalatasaray Mandela Keytanı transfer siyahısına daxil edib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, yarımmüdafiə xəttini gücləndirmək istiqamətində axtarışlarını davam etdirən Qalatasaray İtaliyadan Mandella Keyta adını gündəminə əlavə edib. İstanbul təmsilçisi hazırda A Seriyasında çıxış edən “Parma” klubunun futbolçusu, 23 yaşlı yarımmüdafiəçi Mandella Keyta ilə maraqlanır.
İtaliyalı jurnalist Saşa Tavolyerinin yaydığı məlumata görə, Qalatasaray belçikalı futbolçunu transfer siyahısına salıb.
Bildirilir ki, Hakan Çalhanoğlu ilə bağlı danışıqlar aparmaq üçün İtaliyaya səfər edən Qalatasarayın vitse-prezidenti Abdullah Kavukcu Mandella Keytanın transferi ilə bağlı da ilkin təmaslara başlaya bilər.
Belçika millisinin üzvü olan Keyta əsasən 6 və 8 nömrəli mövqelərdə çıxış edir. Sağ ayaqlı futbolçu 2024-cü ildə “Antverpen” klubundan “Parma”ya 12 milyon avro transfer haqqı qarşılığında keçib.