ABŞ-ın Oregon ştatının sahillərində 6 bal gücündə zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Agentliyinin (USGS) məlumatlarına əsasən, zəlzələ Oregon sahillərində qeydə alınıb.
Zəlzələnin episentri ştatın Bandon bölgəsindən 295 kilometr qərbdə yerləşib. Hadisə ilə bağlı həlak olanlar və maddi ziyan barədə hələlik heç bir açıqlama verilməyib.
Zəlzələdən sonra potensial tsunamı riski ilə bağlı da hər hansı bir məlumat paylaşılmayıb.