Türkiyədə növbəti narkotik əməliyyatı - Bu məşhurlar saxlanıldı

11:35 - 16 Yanvar 2026

Türkiyədə növbəti narkotik əməliyyatı - Bu məşhurlar saxlanıldı

Türkiyədə məşhurlara qarşı narkotik araşdırması çərçivəsində təhlükəsizlik qüvvələri növbəti əməliyyat keçirib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı 5 nəfər saxlanılıb.

Ötən gün həbs edilən 18 nəfər, hüquq-mühafizə orqanlarındakı əməliyyatların ardından Çağlayan Məhkəməsinə göndərilib. Məhkəməyə göndərilənlər arasında keçmiş futbolçu Ümit Karan, Burak Doğan, fenomenlər Merve Sanay, Bade Nogay və Deniz Berk Cengiz də yer alır.

Qeyd edək ki, 2025-ci ilin son günlərində həyata keçirilən əməliyyatlarda saxlanılan 15 nəfərin analizləri dünən tamamlanıb.

Hesabata görə, İpek Mintaş, Serap Şaylan, Rabia Yaman, Buse İskenderoğlu, Burak Güngörmedi, Resul Arslan, Emrah Gencer, Yasin Burak Becek, Dilara Ege Çevik, Tuğrulbey Aran, Rabia Karaca, Cengiz Can Atasoy, Cihan Güler, Ayhan Yücesoy və Zohaer Majhadi-nin narkotik test nəticələrinin müsbət olduğu müəyyən edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az