Cənubi Koreyanın edam ediləcəyi deyilən başçısı ilə bağlı qərar verildi

16:57 - 16 Yanvar 2026

Cənubi Koreyanın edam ediləcəyi deyilən başçısı ilə bağlı qərar verildi

Cənubi Koreyada məhkəmə sabiq dövlət başçısı Yoon Suk Yeolu dekabr 2024-cü ildəki fövqəladə vəziyyət elanına dair açılan davayla əlaqəli bəzi ittihamlar əsasında 5 il həbs cəzasına məhkum edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyanın Seul Mərkəzi Bölgə Məhkəməsi sabiq dövlət başçısı Yoon Suk Yeola qarşı fövqəladə vəziyyət qərarı və digər ittihamlar səbəbindən açılan ümumilikdə səkkiz davadan ilkinin qərarını açıqlayıb.

Məhkəmə, səlahiyyətlilərin Yoonu həbs etməyə cəhd etməsini əngəllədiyi iddiası ilə onu 5 il həbsə məhkum edib.

Bu qərar Yoon haqqında açılmış və 3 dekabr 2024-də elan etdiyi fövqəladə vəziyyətlə əlaqəli olaraq "üsyana rəhbərlik etmək" ittihamını da daxil olmaqla ümumilikdə səkkiz davadan verilən ilk hökm olub.

Sabiq dövlət başçısı Yoona yönəldilən ən ağır ittiham "üsyana rəhbərlik etmək"dir və bu ittiham idam cəzası da daxil olmaqla ağır cəzalarla nəticələnə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az