Burun spreylərinin təhlükəli təsiri ortaya çıxdı

17:08 - 16 Yanvar 2026

Burun spreylərinin təhlükəli təsiri ortaya çıxdı

İngiltərədə yayımlanan "Good Morning Britain" proqramına qatılan 30 yaşlı Charlotte Johnstone, 7-8 yaşlarında sadə bir soyuqdəymə üçün istifadə etməyə başladığı burun spreylərinin, həyatını necə bir 'asılılıq müharibəsinə' çevirdiyini danışıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 23 ildən bəri hər gün bu spreyə ehtiyacı olan gənc qadının hekayəsi, milyonlarla insan üçün ciddi bir xəbərdarlıq xarakteri daşıyır. Digər tərəfdən, sağlamlıq rəsmiləri, dekonjestan spreylərə olan asılılığın artdığını və bu vəziyyətin tənəffüs yollarında geri dönüşü olmayan zərərlərə yol aça biləcəyinə dair təcili xəbərdarlıq yayıblar.

Charlotte uşaqlıqda istifadə etməyə başladığı burun spreylərinə artıq 23 ildir asılıdır. Mütəxəssislər bu vəziyyətin narkotik asılılığı kimi "xoşbəxtlik verici" bir təsir yaratmadığını, lakin bədənin fiziki olaraq bu maddəyə məcbur qaldığını bildirirlər.

Charlotte uşaqlıqda spreyi sıxdığında burnunun tamamilə açılmasının verdiyi "təhlükəsiz nəfəs" hissinə bağlandığını söyləyir. İndi isə gündə 8 dəfə sprey istifadə edir. Yanında sprey olmadıqda, ürək döyüntüləri və panik atak yaşayır.

Charlotte gecə yarısı sprey tapmaq üçün saatlarla avtomobil sürdüyünü və şüşələr bitdiyində içindəki son bir-iki damlanı birləşdirmək üçün şüşələrin qapaqlarını dişləri ilə qopardığını etiraf edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az