Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Mesud Pezeşkiyan arasında telefon danışığı olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran və bölgədəki vəziyyətin müzakirə edildiyi görüşdə Pezeşkiyanın ölkəsindəki vəziyyətin yaxşılaşdırılması istiqamətindəki təşəbbüsləri haqqında Putinə məlumat verdiyi qeyd edilib.
Rusiya ilə İranın Tehranla bağlı məsələlərdə və bölgədəki gərginliyin azaldılması sahəsində problemlərin yalnız siyasi və diplomatik yollarla həll edilə biləcəyini vurğuladıqları bildirilir.
Putin və Pezeşkiyan iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi mövzusunda qərarlı olduqlarını qeyd ediblər.
Rusiya Prezidenti Putin bu gün İsrail Baş naziri Benyamin Netanyahu ilə telefonla danışaraq Yaxın Şərq və İranla bağlı vəziyyəti müzakirə etmişdi.