İsrail ABŞ-la süni intellekt sahəsində əməkdaşlıq üzrə birgə bəyannamə imzalayan ilk ölkə olub.
Manset.az The Times of Israel-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Bildirilib ki, İsrail və ABŞ müştərək tədqiqat, inkişaf, investisiya yolu ilə, eləcə də süni intellekt, enerji texnologiyaları, inkişaf etmiş komputer infrastrukturu, kosmos və digər sahələrdə əməkdaşlığı davam etdirəcək.