ABŞ-Ukrayna danışıqları bu tarixdə keçiriləcək

22:52 - 16 Yanvar 2026

ABŞ-Ukrayna danışıqları bu tarixdə keçiriləcək

Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların yeni raundu yanvarın 17-də Mayami şəhərində baş tutacaq.


Manset.az xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina Facebook səhifəsində yazıb.

Səfirin sözlərinə görə, Ukrayna ölkənin gələcək təhlükəsizlik arxitekturası və uzunmüddətli iqtisadi inkişafı ilə bağlı ABŞ-la aktiv məsləhətləşmələri davam etdirir.

Danışıqlarda Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Prezident Volodimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov və hakim “Xalqın Xidmətçisi” partiyasının parlament fraksiyasının rəhbəri David Arahamianın iştirak edəcəyi qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az