Almaniya Silahlı Qüvvələri (Bundesver) iddia edir ki, alman qoşunları Qrenlandiyadakı missiyanın bir hissəsi olaraq öz vəzifələrini yerinə yetiriblər.
Manset.az xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələri missiyasının nümayəndəsi, polkovnik-leytenant Peter Milevçuk "Funke" media qrupuna verdiyi müsahibədə bildirib.
"Təlim və məşq təşəbbüsünün bir hissəsi olaraq vəziyyəti araşdırmaq üzrə ilkin tapşırığımızı yerinə yetirdik", - deyə o bildirib.
O, danimarkalı həmkarları ilə əməkdaşlığı çox müsbət və konstruktiv adlandırıb: "Dediyim kimi, əvvəlcə buradakı vəziyyəti araşdırdıq və əsasən tapşırığı yerinə yetirdik. İndi nəticələrlə evə qayıdacağıq".