Ukrayna yalnız müdafiə ilə qələbə qazanmağın mümkün olmadığını nəzərə alaraq yeni hücum əməliyyatları planlaşdırır.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskı bildirib.
Sırskının sözlərinə görə, Rusiyanın strateji planı dəyişməyib və bütün Ukraynanın işğalını nəzərdə tutur.
O qeyd edib ki, Ukrayna strateji müdafiə əməliyyatı aparacaq, lakin eyni zamanda hücum əməliyyatları da həyata keçiriləcək.
Baş komandan vurğulayıb ki, operativ təşəbbüsün saxlanılması qarşı tərəfi əhəmiyyətli insan resursları, silah və sursat cəlb etməyə məcbur edir və bu, Ukraynanın aktiv fəaliyyətlərinin davamı üçün vacibdir.