Çində zavodda partlayış - Ölənlər var

22:12 - 18 Yanvar 2026

Çində zavodda partlayış - Ölənlər var

Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsindəki metallurgiya zavodunda baş verən partlayış nəticəsində iki nəfər ölüb, beş nəfər itkin düşüb.


Manset.az Sinxua agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Qeyd olunub ki, bazar günü günortadan sonra Baotou şəhərinin qərbindəki "Baogang United Steel" şirkətinin fabrikində güclü partlayış baş verib. Xilasetmə xidmətlərinin məlumatına görə, yaralanan 66 işçi xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.

Həm muxtar bölgədən, həm də şəhərdən xilasetmə qrupları hadisə yerinə göndərilib. Partlayışın səbəbi araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az