Biz, şübhəsiz ki, NATO-nun bir hissəsi olaraq qalmaq niyyətindəyik.
Manset.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent NBC News-a verdiyi müsahibədə bildirib.
Eyni zamanda, bildirilir ki, Bessent Vaşinqton üçün daha vacib olan suala birbaşa cavab verməyib: Qrenlandiyanın ilhaqı, yoxsa NATO: "Bu, səhv seçimdir. Avropa liderləri özlərinə gələcəklər və ABŞ-ın təhlükəsizlik çətiri altında olmalı olduqlarını anlayacaqlar", - deyə ABŞ maliyyə naziri vurğulayıb.