Ağ Ev sözçüsü Karoline Leavittin Prezident Donald Tramp ilə keçən həftə edilən müsahibənin tamamilə yayımlanmadığı təqdirdə məhkəmə iddiası qaldırılacağı barədə xəbərdarlıq etdiyi bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "New York Times" tərəfindən əldə edilən səs qeydinə görə, Trampın Miçiqan ştatında "CBS Evening News" aparıcısı Tony Dokoupil ilə apardığı 13 dəqiqəlik müsahibənin ardından Leavitt CBS komandasına Trampın mesajını çatdırıb.
Leavitt bildirib: "Prezident müsahibənin kəsilmədən tam olaraq yayımlanmasını istəyir. "Əgər tamamı yayımlanmazsa, məhkəməyə müraciət edəcəyik" - deyib".