İspaniyanın Kataloniya ərazisinin Barselona şəhərində şəhərətrafı qatar relslər üzərinə aşan dayaq divarına çırpılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.
Həyatını itirən şəxs qatarın maşinisti olub.
Kataloniya muxtar hökumətinin bəzi rəsmilərinin, həmçinin təcili tibbi yardım briqadalarının və yanğınsöndürmə xidmətinin hadisə yerinə cəlb edildiyi açıqlanıb.
Rəsmilər eyni zamanda Kataloniya ərazisində güclü yağışların müşahidə olunduğunu və gün ərzində ikinci qatar qəzasının baş verdiyini bildiriblər.