Keçmiş Cənubi Koreya Baş naziri Han Duck-soo 23 il həbs cəzasına məhkum edilib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, keçmiş Baş nazir Han Duck-soo-nun vəzifədən alınan Prezident Yoon Suk-Yeol-un elan etdiyi hərbi idarəetməyə yardım etməsi ittihamı ilə məhkəməyə verildiyi işin nəticəsi bəlli olub. Seul Mərkəzi Bölgə Məhkəməsində keçirilən qərar iclasında məhkəməyə çıxan Hana 23 il həbs cəzası verilib.
Məhkəmə Hanın konstitusiyaya qarşı çıxaraq hərəkət etdiyini və şüurlu şəkildə üsyana kömək etdiyi qənaətinə gəlib.