"Əgər bu baş verərsə, onları yer üzündən silərəm" - Tramp İranı hədələdi

17:26 - 21 Yanvar 2026

\"Əgər bu baş verərsə, onları yer üzündən silərəm\" - Tramp İranı hədələdi

ABŞ Prezidenti Donald Tramp İranın ona sui-qəsd hazırlamağa cəhd etməsi ehtimalı ilə bağlı təlimat verdiyini bildirib.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Tramp ikinci dəfə vəzifəyə gəldiyi prezidentliyinin ilk il dönümündə "News Nation" kanalına verdiyi müsahibədə ABŞ-ın daxili və xarici gündəmi ilə bağlı qiymətləndirmələrini paylaşıb.

İranın "özünə qarşı sui-qəsd təhdidlərini" reallaşdırma ehtimalını dəyərləndirən Tramp, "Hər hansı bir şey olarsa, bütün ölkə havaya uçacaq. Onları mütləq çox sərt vuracağam" - deyib.

Tramp həmçinin İranın özünə yönəltdiyi sui-qəsd təhdidləri ilə bağlı keçmiş Prezident Co Baydeni yetərincə kəskin cavablar verməməkdə günahlandırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az