İstirahət üçün getdikləri İspaniyada bir anlıq səhlənkarlıq nəticəsində pişiklərini itirən cütlüyün dünyası başlarına yıxılıb.
Manset.az xarici mediaya istinadın xəbər verir ki, onlar hər yerdə axtarış apardılar, elanlar yaydılar, lakin aylar keçdikcə ümidlər tükənməyə başladı. Düz beş ay sonra gələn bir telefon zəngi isə hamını heyrətə saldı.
Fransada yaşayan bir ailə istirahət zamanı itən pişiklərinin aylar sonra yüzlərlə kilometr məsafə qət edərək öz evlərinin yaxınlığına çatması ilə böyük təəccüb və sevinc yaşadı.
Patrik və Evelin Sir cütlüyü 2025-ci ilin avqust ayının əvvəlində İspaniyanın Ebro deltası bölgəsinə etdikləri səfərdən sonra Fransanın Olonzak qəsəbəsinə qayıdırdı. Kataloniya bölgəsində yerləşən bir istirahət və xidmət məntəqəsində yanacaq almaq üçün dayanan cütlük, qəhvə almaq məqsədilə avtomobildən düşərkən pəncərəni azca açıq qoyub. Məhz bu vaxt onların ev pişiyi Filunun avtomobildən çıxmış ola biləcəyi ehtimal edilir.