Avropa İttifaqından ABŞ ilə bağlı vacib qərar 

23:26 - 21 Yanvar 2026

Avropa İttifaqından ABŞ ilə bağlı vacib qərar 

Avropa Parlamenti ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı əldə etmək niyyəti ilə bağlı tələblərinə və bu planına qarşı çıxan avropalı müttəfiqlərə gömrük rüsumları tətbiq etmək təşəbbüsünə etiraz olaraq, Avropa İttifaqının ABŞ ilə ticarət sazişi üzrə apardığı işləri dayandırmaq qərarı verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamenti (AP) iyul ayının sonunda Şotlandiyanın Turnberi yaşayış məntəqəsində əldə olunmuş razılaşmanın əsas tərkib hissəsi kimi, ABŞ mənşəli mallara tətbiq edilən bir sıra Aİ idxal rüsumlarının ləğvini nəzərdə tutan qanun layihələrini müzakirə edirdi. Bu təkliflərə, Tramp ilə hələ 2020-ci ildə əldə olunmuş razılaşma çərçivəsində ABŞ-dan idxal edilən omar məhsullarına sıfır gömrük rüsumunun saxlanılması da daxildir.

Qeyd olunan dəyişikliklərin qüvvəyə minməsi üçün həm Avropa Parlamentinin, həm də Avropa İttifaqına üzv ölkələrin hökumətlərinin razılığı tələb olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az