Tramp bu ölkələrə rüsumları ləğv etdi

23:52 - 21 Yanvar 2026

Tramp bu ölkələrə rüsumları ləğv etdi

ABŞ Prezidenti Donald Tramp səkkiz Avropa ölkəsinə tətbiq etməyi planlaşdırdığı gömrük rüsumlarını ləğv edib.


Manset.az xarici mediaya istinadən xəbər ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada aşağıdakı fikirləri səsləndirib:

“NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyim olduqca səmərəli görüşə əsaslanaraq, Qrenlandiya və ümumilikdə bütün Arktika bölgəsi ilə bağlı gələcək razılaşmanın çərçivəsini formalaşdırmışıq. Bu həll yolu yekunlaşdırılacağı təqdirdə, Amerika Birləşmiş Ştatları və bütün NATO ölkələri üçün son dərəcə müsbət nəticə olacaq. Məhz bu anlaşmaya əsaslanaraq, fevralın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan gömrük rüsumlarını tətbiq etməyəcəyəm”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az