ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyaya səfər edib.
Manset.az APA-ya istinadən xəbər verir ki, Uitkoffun təyyarəsi Vnukovo-2 hava limanına enib.
Uitkoffla bərabər təyyarədə ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner də olub.
ABŞ nümayəndələrinin kortejinin Moskvanın mərkəzi istiqamətində yola düşdüyü bildirilib.
Rusiya mətbuatı Uitkoff və Kuşnerin hava limanından Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Kremlə yollandığını yazıb.
Qeyd edək ki, Kreml bu gün Putinin ABŞ nümayəndə heyətini qəbul edəcəyini, görüşdə Ukrayna nizamlanmasının müzakirə olunacağını açıqlayıb.