5 yaşlı uşaq saxlanıldı - ABŞ-də şok iddia / FOTO

16:51 - 23 Yanvar 2026

5 yaşlı uşaq saxlanıldı - ABŞ-də şok iddia / FOTO

Minneapolisdə ICE əməkdaşlarının 5 yaşlı uşağı atası ilə birlikdə saxladığı iddia olunur.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisənin ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində baş verdiyi iddia edilib.

Columbia Heights Dövlət Məktəblərinin direktoru Zena Stenvik jurnalistlərə açıqlamasında bildirib ki, 5 yaşlı Liam Conejo Ramos federal qurumun əməkdaşları tərəfindən evinin yaxınlığında hərəkətdə olan avtomobildən götürülüb.

Stenvik qeyd edib ki, ICE əməkdaşları uşağa evlərinin qapısını döyməyi və içəridə başqa şəxslərin olub-olmadığını yoxlamağı tapşırıblar. Onun sözlərinə görə, əməkdaşlar 5 yaşlı uşağı faktiki olaraq “yem” kimi istifadə ediblər.

Direktor əlavə edib ki, ailə 2024-cü ildə ABŞ-a köçüb, onların sığınacaqla bağlı məhkəmə işi hazırda baxılma mərhələsindədir və deportasiya barədə hər hansı qərar verilməyib.

Digər tərəfdən, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) sözçüsü Tricia McLaughlin ABŞ mərkəzli “X” sosial şəbəkəsindəki hesabında yaydığı açıqlamada bildirib ki, ata və uşaq hazırda Texas ştatında yerləşən saxlanma mərkəzindədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az