Türkiyəli bu məşhurların narkotik testləri müsbət çıxdı - SİYAHI

17:00 - 23 Yanvar 2026

Türkiyəli bu məşhurların narkotik testləri müsbət çıxdı - SİYAHI

Məşhurlarla bağlı narkotik araşdırması çərçivəsində saxlanılan aktyor Doğukan Güngörün testi müsbət nəticə verib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur şəxslərlə bağlı aparılan narkotik və fahişəlik istintaqı çərçivəsində saxlanıldıqdan sonra sərbəst buraxılan aktyor Doğukan Güngörün narkotik testi müsbət nəticə göstərib. Güngördən götürülən qan və saç nümunələrində kokain və marixuana maddələri aşkar edilib.

İstanbul Respublika Baş Prokurorluğunun məşhur şəxslərlə bağlı apardığı narkotik və fahişəlik istintaqı çərçivəsində şübhəli qismində yer alan bəzi şəxslərin Məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən aparılan narkotik testlərinin nəticələri istintaq materiallarına daxil edilib.

Araşdırma nəticələrinə əsasən, “Kızılcık Şərbəti” serialında rol alan aktyor Doğukan Güngörün həm saçında, həm də qanında marixuana və kokain maddələri müəyyən olunub.

Narkotik testi müsbət çıxan digər şəxslər:

  • Türkiyə karate çempionu Gözde Anuk

  • Bebek Otelinin idarəçisi Arif Altunbulak

  • Ceyda Ersoy

  • Aparıcı Ece Cerenbeli

  • Aktyor Doğukan Güngör

  • Sedef Selen Atmaca

  • Sosial şəbəkə fenomeni Merve Eryiğit

  • Veysel Avcı

  • Merve Uslu

  • Lerna Elmas

  • Sosial şəbəkə fenomeni Saniye Deniz

  • Ceren Yıldırım

  • Suat Yıldız

  • Binnur Buse Alper


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az