Türkiyəli aktyor Ufuk Özkanın sağlamlıq vəziyyəti ilə bağlı sosial şəbəkələrdə yayılan iddialardan sonra qardaşı Umut Özkan məsələ ilə bağlı açıqlama verib. Donor tapılması ilə bağlı səsləndirilən məlumatlara aydınlıq gətirilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir müddətdir sağlamlıq problemləri səbəbindən müalicə alan aktyor Ufuk Özkanın vəziyyəti ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Son günlər sosial mediada “donor tapılıb” məzmunlu iddiaların yayılmasından sonra onun qardaşı Umut Özkan çıxış edərək mövcud vəziyyət barədə məlumat verib. Umut Özkan bildirib ki, yayılan söz-söhbətlər həqiqəti əks etdirmir və müalicə prosesi hazırda davam edir.
Qeyd edək ki, 2023-cü ildə qaraciyər sirozu diaqnozu qoyulan və müalicə alan 50 yaşlı tanınmış aktyorun sağlamlıq vəziyyəti hələ də ağır olaraq qalır. Yanvarın 12-də xəstəxanaya yerləşdirilən Ufuk Özkanın təcili qaraciyər transplantasiyasına ehtiyacı var.
Bu müddət ərzində Demet Evgar, Tuba Büyüküstün və Melek Baykal kimi tanınmış simalar sosial şəbəkələr vasitəsilə donor çağırışı ediblər.