ABŞ İrana bağlı 9 gəmi və 8 şirkəti sanksiya siyahısına daxil edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ administrasiyası etirazçıların öldürülməsini əsas gətirərək, İranla əlaqəli 9 gəmi və 8 şirkəti sanksiya siyahısına əlavə edib. Bildirilib ki, bu sanksiyalar Tehran hakimiyyətinin nümayişçilərə qarşı tətbiq etdiyi təzyiqlərin azaldılması məqsədi daşıyır.
ABŞ administrasiyası açıqlamasında qeyd edib ki, etiraz aksiyaları zamanı nümayişçilərin öldürülməsi səbəbilə İranla əlaqəli bəzi gəmilər və şirkətlərə qarşı sanksiya tədbirləri tətbiq olunub.
Daha əvvəl də İrana qarşı çoxsaylı sanksiya qərarları qəbul edən ABŞ hakimiyyəti bu dəfə də Tehranla bağlı yeni addım atıb.