Avtomobil və avtobus toqquşdu - Ölən və yaralananlar var

23:20 - 23 Yanvar 2026

Avtomobil və avtobus toqquşdu - Ölən və yaralananlar var

Türkiyədə Şimal Marmara avtomobil yolunda ağır qəza baş verib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Silivri rayonundan keçən Şimal Marmara avtomobil yolunun Kınalı keçid məntəqəsində sərnişin avtobusu ilə minik avtomobili toqquşub. Hadisə İstanbul istiqamətində hərəkət zamanı baş verib.

Toqquşmanın güclü təsiri nəticəsində həm sərnişin avtobusu, həm də minik avtomobili keçid məntəqəsində sıxılıb. Minik avtomobili avtobusla keçid baryeri arasında qalıb.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım, yanğınsöndürmə və jandarma qüvvələri cəlb olunub. Avtobusda olan sərnişinlər təxliyə edilərək başqa nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.

Minik avtomobilində sıxılmış vəziyyətdə qalan şəxslərin xilas edilməsi üçün əməliyyata başlanılıb.

Qəza nəticəsində iki nəfərin həyatını itirdiyi, bir nəfərin isə xəsarət aldığı bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az