ABŞ ərəb dövlətlərini İranı daha fəal şəkildə cilovlamağa, eləcə də İsrailin özünümüdafiəsini və onunla inteqrasiyasını dəstəkləməyə çağırır.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu, Pentaqon tərəfindən 23 yanvarda açıqlanan yeni ABŞ Milli Müdafiə Strategiyasında öz əksini tapıb.
"ABŞ daha dinc və çiçəklənən Yaxın Şərq axtarır. Bu transformasiyanı yalnız ABŞ-ın regiondakı müttəfiqləri və tərəfdaşları təmin edə bilər. Bizim vəzifəmiz onları bu səylərdə dəstəkləmək, ABŞ Prezidenti Donald Trampın ayıq və amansız diplomatiyası ilə qoyulmuş möhkəm təməli gücləndirməkdir", - sənəddə deyilir.