ABŞ Prezidenti Donald Tramp Kanadanı Çinlə əməkdaşlığa görə 100 % tariflərlə hədələyir.
Manset.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Truth Social hesabında yazıb.
"Əgər qubernator Karni (Kanadanın Baş naziri Mark Karni - red.) düşünürsə ki, o, Kanadanı Çinin mal və məhsullarını Birləşmiş Ştatlara göndərmək üçün "transfer limanı"na çevirəcək, o, dərindən yanılır. Çin Kanadanı "diri-diri yeyəcək", biznesləri, sosial strukturu və ümumi həyat tərzinin dağılması da daxil olmaqla, onları tam "udacaq". Əgər Kanada Çinlə sövdələşmə bağlasa, Kanadanın ABŞ-yə daxil olan bütün mal və məhsullarına dərhal 100 % rüsum tətbiq ediləcək", - yazıda qeyd olunub.