ABŞ-də atışma - Ölən var

23:34 - 24 Yanvar 2026

ABŞ-də atışma - Ölən var

ABŞ-nin Minneapolis şəhərində sərhəd patrulu silahlı şəxsə atəş açıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir k, zərərçəkənin vəziyyəti barədə hələlik heç bir məlumat yoxdur. Minnesota qubernatoru Tim Uolts bildirib ki, o, artıq Ağ Evlə Minnesota ştatındakı atışmanı müzakirə edib.

Qeyd edək ki, Minneapolisdə vəziyyət yanvarın 7-də sənədsiz miqrantların axtarışı zamanı baş verən atışmadan sonra gərginləşib.

Miqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları yolun ortasında dayanan avtomobildə olan bir qadından nəqliyyat vasitəsindən düşməsini tələb ediblər. Maşın irəliləməyə başlayanda zabitlərdən biri sürücüyə atəş açıb. Qadın aldığı xəsarətlərdən ölüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az