Güclü qar fırtınasının yaxınlaşması səbəbindən ABŞ-da 24 yanvar şənbə günündən 26 yanvar bazar ertəsinə qədər 13 mindən çox uçuş ləğv edilib.
Manset.az Trend-ə istinadən xəbər verir ki, şənbə günü etibarilə Memfisdən uçuşların 90%-i, Oklahoma Sitidən 76%-i və Dallas/Fort-Uortdan uçuşların 75%-i ləğv edilib. Eyni hadisə Ostin, Şarlott və Neşvil hava limanlarında da qeydə alınıb.
Hometown Forecast Services şirkətinin baş direktoru Rob Kerolanın sözlərinə görə, bu fırtına ABŞ üçün 1993-cü il super fırtınasından bəri ən güclülərindən biri ola bilər.