Türkiyə Suriyaya humanitar yardım göndərdi

00:30 - 26 Yanvar 2026

Türkiyə Suriyaya humanitar yardım göndərdi

Türkiyə Suriyanın Ayn əl-Ərəb bölgəsinə humanitar yardım göndərib.


Manset.az xəbər verir ki, yardım Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) tərəfindən hazırlanıb.

Bildirilib ki, beş TIR-da 50 ton un, birində isə yataq dəstləri və uşaq bezləri var.

Xatırladaq ki, Türkiyə ötən ilin dekabrında da Suriyaya yardım göndərib. Terrorçulardan xilas edilən Tel-Rıfat bölgəsində yaşayan 625 ailəyə ərzaq bağlamaları çatdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az