ABŞ-nin şimal-şərqindəki Meyn ştatında xüsusi təyyarə qəza edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi məlumata görə, Bombardier Challenger 600 tipli təyyarə Bangor Beynəlxalq Hava Limanından havaya qalxarkən düşüb.
Təyyarədə 8 nəfərin olduğu barədə məlumat verilib və qəza ilə bağlı araşdırma başladığı bildirilib.
Hava limanından verilən açıqlamada isə eniş zolağının müvəqqəti olaraq bağlandığı qeyd edilib və vətəndaşlardan hava limanından uzaq durmaları xahiş edilib.
Sərnişinlərin sağlamlıq vəziyyəti ilə bağlı hələlik hər hansı bir açıqlama verilməyib.