Filipinlərin Mindanao bölgəsində 359 sərnişini daşıyan feribotun batması nəticəsində ilkin məlumatlara görə 8 nəfər həyatını itirib.
Manset.az-ın xarici mətbuata istinadən məlumatına görə, Mindanao bölgəsinin Zamboanga limanından Sulu adasına hərəkət edən feribot Pilas adası yaxınlığında texniki nasazlıq səbəbindən batıb.
Pilas adasına bağlı Basilan vilayətinin bələdiyyə başçısı Arsina Laja Kahing-Nanoh, sosial media hesabında etdiyi paylaşımda 332 sərnişin və 27 heyət üzvü olmaqla ümumilikdə 359 nəfəri daşıyan feribotun batması nəticəsində ilkin məlumatlara görə 8 nəfərin həyatını itirdiyini açıqlayıb.