İndoneziyada torpaq sürüşməsi - Ölənlərin sayı 25-ə çatdı

12:02 - 26 Yanvar 2026

İndoneziyada torpaq sürüşməsi - Ölənlərin sayı 25-ə çatdı

İndoneziyanın Qərbi Yava ştatında baş verən torpaq sürüşməsi nəticəsində 25 nəfər həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qərbi Bandung bölgəsində bir neçə gündür davam edən şiddətli yağışların ardından 24 yanvarda baş verən torpaq sürüşməsi sonrası axtarış-xilasetmə qrupları çətin şəraitdə işlərini davam etdirilir.

İtkin düşənlərin sayının isə 65 nəfər olduğu bildirilib. 

Axtarış və xilasetmə işləri davam edərkən ikinci torpaq sürüşməsi baş verib və əməliyyatlara müvəqqəti olaraq fasilə verildiyi qeyd edilib.

Rəsmi şəxslər 30-dan çox evin zədələndiyini və bəzi yaşayış məntəqələrinin tamamilə torpaq altında qaldığını bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az