Cənazə zamanı dəhşətli hadisə - Anasının yasında qardaşını güllələdi

21:35 - 26 Yanvar 2026

Cənazə zamanı dəhşətli hadisə - Anasının yasında qardaşını güllələdi

Türkiyənin Kağıthane ərazisində bir şəxs anasının dəfn mərasimi zamanı qardaşını odlu silahla qətlə yetirib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə yerli vaxtla saat 16:30 radələrində Kağıthane rayonunun Nurtepe məhəlləsində yerləşən Yusuf Ömürlü məscidində qeydə alınıb.

Əldə olunan məlumata görə, vəfat etmiş Fadimə M. üçün sözügedən məsciddə cənazə namazı qılınıb. Namaz başa çatdıqdan və mərhumun nəşi avtomobilə yerləşdirildikdən dərhal sonra Mustafa M. məscidin həyətində qardaşı Mehmet M.-yə yaxın məsafədən atəş açıb.

Güllə yaraları alan Mehmet M. hadisə yerində qan içində yerə yıxılıb. Dəfn mərasiminə qatılan şəxslər arasında təşviş yaranıb və insanlar ətrafa səpələniblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az