Yunanıstanın Tırhala şəhərində yerləşən fabrikdə baş verən partlayışdan sonra yaranan yanğın nəticəsində 4 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Tırhala şəhərində fəaliyyət göstərən biskvit istehsalı müəssisəsində qeydə alınıb. Partlayışın ardınca alovlanma baş verib və yanğının söndürülməsi üçün yanğınsöndürmə xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Qəza zamanı xəsarət almadan xilas olan 7 nəfər ehtiyat tədbiri məqsədilə Tırhala Dövlət Xəstəxanasına yerləşdirilib. Rəsmi məlumatlara əsasən, onların səhhətinin qənaətbəxş olduğu bildirilir.