"ABŞ olmadan Avropa özünü qoruya bilməz" - Rutte

23:26 - 26 Yanvar 2026

\"ABŞ olmadan Avropa özünü qoruya bilməz\" - Rutte

NATO-nun baş katibi Mark Rutte Avropanın və ya Aİ-nin ABŞ-ın iştirakı olmadan öz təhlükəsizliyini təmin edə biləcəyi ilə bağlı təsəvvürlərin reallığa uyğun olmadığını bildirib.


Manset.az APA-ya istinadən xəbər verir ki, baş katib bunu Avropa İttifaqı deputatları qarşısında çıxışı zamanı bildirib.

Ruttenin sözlərinə görə, Avropanın müstəqil müdafiə ssenarisi nəzərə alınsa, Aİ ölkələri hərbi xərcləri təxminən ÜDM-in 10 faizinə qədər artırmalı, milyardlarla avro investisiya yatırmalı və hətta öz nüvə potensialını formalaşdırmalı olardı.

    NATO baş katibi vurğulayıb ki, Avropanın ABŞ-a ehtiyacı olduğu kimi, ABŞ da NATO-ya ehtiyac duyur.

    O, əlavə edib ki, Vaşinqtonun qlobal prioritetlərində mümkün dəyişikliklər olsa belə, Avropada ABŞ-ın hərbi mövcudluğu hər zaman çox güclü olaraq qalacaq.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az