Almaniyanın Xarici İşlər Nazirliyi ABŞ-nin müxtəlif bölgələrində Miqrasiya və Gömrük Müfəttişləri (ICE) ilə baş verən zorakılıq halları səbəbindən bu ölkəyə səfər edən vətəndaşlarına ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada ABŞ-də nümayişlər zamanı təhlükəsizlik qüvvələri ilə gərginliyin zaman-zaman zorakılıq halları ilə nəticələndiyi qeyd edilərək bu ölkədəki Almaniya vətəndaşlarına kütləvi yerlərdən uzaq durmaları tövsiyə edilib.
Bir çox ştatda tətbiq edilən şəxsiyyət vəsiqəsi göstərmə məcburiyyətinə diqqət çəkən açıqlamada səyahətçilərə yerli medianı izləmələri, sakit olmaları və təhlükəsizlik qüvvələrinin göstərişlərinə əməl etmələri tövsiyə olunub.