Rusiya Ukraynada bir neçə məntəqəni ələ keçirdi

15:37 - 27 Yanvar 2026

Rusiya Ukraynada bir neçə məntəqəni ələ keçirdi

Rusiya Müdafiə Nazirliyi Ukraynada Xarkov və Zaporojye vilayətlərində yaşayış məntəqələrinin nəzarətə götürüldüyünü açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin yaydığı məlumatda Rusiya Silahlı Qüvvələrinin Ukraynada apardığı hərbi əməliyyatlarla bağlı məlumat verilib.

Açıqlamada Rusiya qüvvələrinin Ukraynada iki yaşayış məntəqəsini ələ keçirdiyi bildirilib və qeyd olunub ki, Xarkov vilayətində Kupyansk-Uzlovoy, Zaporojye vilayətində isə Novoyakovlevka yaşayış məntəqələri nəzarətə götürülüb.

Bununla yanaşı, gecə saatlarında Ukraynaya məxsus 19 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən Rusiya əraziləri və Azov dənizi üzərində məhv edildiyi də vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az