Fransada sosial media platformaları ilə bağlı yeni tənzimləmə gündəmə gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Milli Assambleyası 15 yaşdan aşağı uşaqların sosial media platformalarına çıxışının qadağan edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Prezident Emmanuel Makronun dəstəklədiyi qanun layihəsi Milli Assambleyada uzun və gərgin müzakirələrdən sonra gecə keçirilən iclasda 23 “əleyhinə” səsə qarşı 116 “lehinə” səslə təsdiqlənib.
“Uşaqların ekran və platforma risklərindən qorunması” başlığı ilə təqdim edilən qanun layihəsi 15 yaşına çatmayan şəxslərin sosial şəbəkə xidmətlərinə çıxışının qadağan edilməsini hədəfləyir.