İran hökumətinin sözçüsü Fatma Mühacirani Tehran şəhərində İranda baş verənlərlə bağlı jurnalistilərə vacib açıqlmalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mühacirani bildirib ki, “prioritetimiz problemləri diplomatik yollarla həll etməkdir. Lakin digər variantlar da gündəmimizdədir. Müharibəyə tam hazırlıq vəziyyətindəyik”.
Xarici mediada İrana qarşı müharibə ab-havasının yaradıldığını və bunun İran cəmiyyətində narahatlığa səbəb olduğunu deyən Mühacirani fikirlərini belə davam etdirib:
“Biz müharibə təhdidi şəraitində xarici mətbuatda müharibə təbillərinin səsini eşidirik. Əlbəttə, bu təhdidlə ilk dəfə üzləşmirik. Daha əvvəl də çoxmərhələli müharibənin içində olduğumuzun fərqində idik.
Prioritetimiz problemləri diplomatik yollarla həll etməkdir. Lakin digər variantlar da gündəmimizdə yer alır. (Müharibəyə) tam hazırlıq vəziyyətindəyik”.