“Evdə tək” filmlərində baş qəhrəmanın anasını canlandıran amerikalı aktrisa Ketrin Ohara 72 yaşında vəfat edib.
Manset.az bu barədə TMZ portalına istinadən xəbər verir.
Qeyd olunur ki, aktrisa yanvarın 30-da dünyasını dəyişib. Ölümün səbəbi hələlik açıqlanmayıb.
Ketrin Ohara 1990-cı ildə çəkilmiş Evdə tək və 1992-ci ildə ekranlara çıxan Evdə tək 2: Nyu-Yorkda itmiş filmləri ilə geniş tamaşaçı auditoriyası tərəfindən tanınıb.