Kremlin sözçüsü Dmitri Peskov Rusiya, ABŞ və Ukrayna arasında keçiriləcək üçlü görüşlərin ikinci turunun keçiriləcəyi tarixi açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 4-5 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcəyini açıqlayıb.
Peskov jurnalistlərə verdiyi açıqlamada, Rusiya, ABŞ və Ukrayna arasında üçlü təhlükəsizlik qrupunun ikinci mərhələ görüşlərinin Əbu-Dabidə davam edəcəyini bildirərək, "Çərşənbə və cümə axşamı günləri ikinci mərhələ görüşləri keçiriləcək" - deyib.
Görüşlərin ikinci mərhələsinin əvvəlki həftə sonu üçün planlaşdırıldığını xatırladan Peskov üç tərəfin iş cədvəlləri ilə bağlı əlavə tənzimləmələrin lazım olduğunu qeyd edib.
Peskov Kremlin neytral bir bölgədə Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb-görüşməyəcəyinə dair sualı isə belə cavablandırıb: "Zelenski əlaqə qurmağı təklif edib. Putin Moskvada bunun mümkün olduğunu söyləyib. Bu bizim mövqeyimiz olaraq qalır".